Fransanın Azərbaycandakı səfirliyinin yeni müşaviri UFAZ-da | |
Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın Azərbaycandakı səfirliyinin yeni Mədəniyyət və Əməkdaşlıq müşaviri və Azərbaycan Fransız İnstitutunun direktoru Charles Denier ilə görüş olub.
Görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, baş katib Elizaveta Bydanova və Tədris şöbəsinin müdiri Lətifə Nəsibova iştirak ediblər.
UFAZ-ın tədris binası ilə tanış olduqdan sonra müşavirə universitet barədə ətraflı məlumat verilib, buradakı tədris prosesi və Strasburq universiteti ilə birgə idarəetmə haqqında bilgilər çatdırılıb.
V.Əskərov UFAZ-la Fransa səfirliyi arasında məhsuldar əməkdaşlığı vurğulayıb və birgə həyata keçirilən layihələr barədə danışıb. Fransa məzunlarının ölkənin ictimai, sosial, mədəni və elmi həyatında töhfələrinə toxunan V.Əskərov bu istiqamətdə sədri olduğu Azərbaycan-Fransa Məzunları Assosiasiyası İctimai Birliyinin rolunu da qeyd edib.
Görüşdə, həmçinin akademik fəaliyyətin daha yaxşı təşkil olunması üçün müxtəlif maraq doğuran məsələlər də müzakirə olunub.
|
|
10.09.2022 | 12:28 | |
|
|
|