Gənc mühəndislər işlə təmin olunublar

Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor əvəzi, professor Xalıq Yahudovun əmri ilə seçim komissiyası yaradılıb. Seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri və universitetin müəllimləri daxildir.

 

Builki komissiyaya adı verilən 70-ə yaxın məzunun hamısı təyinatı üzrə və könüllü olaraq Müdafiə Sənayesi Nazirliyinin zavod və komplekslərində işlə təmin edilib.

 

İşə götürülən gənc mühəndislər bölgü üzrə Müdafiə Sənayesi Nazirliyinin “İQLİM” Elmi-İstehsalat Müəssisəsi, "Araz" zavodu, Bakı Cihazqayırma Zavodu, "Alov" zavodu, "PEYK" zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər bu kimi böyük komplekslərinə təyinat alıblar.

 

Seçim zamanı xüsusi texnika və texnologiya fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Müdafiə Sənayesi Nazirliyinin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb.

 

Məzunlardan bəziləri hərbi xidmətə yollandığı üçün komissiyanın bu seçimində onların iştirakının təmin edilməsi mümkün olmayıb. Lakin AzTU və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaradacaq, onlar da müvafiq işlə təmin olunacaqlar.

 

 



12.09.2018 | 17:29