ADNSU-nun rektoru Beynəlxalq konfransda plenar çıxışlar edib

Monteneqronun Budva şəhərində Qeyri-səlis sistemlər, Soft Kompütinq və Süni intellektin tətbiqləri üzrə 15-ci Beynəlxalq konfrans keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən konfrans professor Lütfi Zadənin xatirəsi və Zadə irsinin davamçısı, texnika elmləri doktoru, professor Rafiq Əliyevin 80 illik yubileyinə həsr olunub.

 

Elmi konfransda həmsədr, ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Z-əsaslı informasiya şəraitində material seçimi üçün çoxatributlu qərar qəbuletmə”, eləcə də “Z-lab proqram paketi” mövzuları üzrə plenar çıxışlar edib. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Müxtəlif ölkələrdən dəvət olunmuş professorların həmsədrliyi ilə baş tutan konfransa ABŞ, Kanada, Rusiya, Polşa, İspaniya, İtaliya, Liviya, Şri- Lanka, BƏƏ, İran, Özbəkistan, Qazaxıstan, Türkiyə, Azərbaycan, Kipr kimi dünyanın müxtəlif ölkələrindən 120-ə yaxın məqalələr və tezizlər təqdim olunub.

 

 



01.09.2022 | 10:00