BDU-da Texnologiya Transfer Ofisi fəaliyyətə başlayacaq

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Türkiyənin Ankara Universiteti və İzmir Yüksək Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində Texnologiya Transfer Ofisi fəaliyyətə başlayacaq. Texnologiya Transfer Ofisi innovativ ideya və elmi nəticələrin kommersiyalaşdırılması, şirkətlərlə iş, akademik heyətin və tələbələrin tətbiq xarakterli layihələrə cəlb edilməsi, beynəlxalq qrantlara çıxış, qrant layihələrinin hazırlanması, patentləşdirmə, universitet-sənaye əməkdaşlığının formalaşdırılması istiqamətlərində fəaliyyət göstərəcək.

 

Texnologiya Transfer Ofisi xüsusilə startap şirkətlərin qurulması üçün münbit şəraitin formalaşmasında, kommersiya dəyəri olan ideya və nəticələrin sənayeyə təqdimatında və tətbiqində mühüm rol oynayacaq.

 

 



31.08.2022 | 18:25