Yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatı başa çatır

Artıq Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatı başa çatmaq üzrədir. İdmançılar arasında keçirilən fərdi yarışlarda komandamızın üzvləri  Şahin Oruczadə (55 kq) gümüş, Aydan Vəliyeva isə  (48 kq)  bürünc medallara sahib olublar. Növbəti təmsilçimiz Nizami İmranov da  60 kq çəki dərəcəsində yarışaraq bürünc medal qazanıb. O, bu mübarizədə fransalı yeniyetmə  cüdoçu Dayyan Boulemtefesə qalib gəlib.

 

Qeyd edək ki, avqustun 27-də fərdi yarışlar başa çatandan sonra komanda yarışlarına strat veriləcək və bir gün davam edəcək komanda yarışlarında qaliblər müəyyənləşdiriəcək.

 

Sifai SƏFƏROVA

 

 

 



26.08.2022 | 17:10