“Göyəzən” Ağır Atletika Klubunun 17 yaşlı yetirməsi Avropa rekordunu təzələyib | |
Polşanın Raşin şəhərində 15-17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 36 ölkədən 331 nəfər ( 160 qız+171 oğlan) yeniyetmə atlet öz gücünü sınamaqda davam edir. Bu mötəbər yarışmada Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Qazax rayonunun “Göyəzən” idman klubunu təmsil edən həmyerlimiz Pərvin Alməmmədov birdənqaldırma hərəkətində 126, təkanla qaldırma hərəkətində isə 158 kiloqram nəticə nümayiş etdirərək hər iki nəticə üzrə gümüş medal qazanıb. Beləliklə, idmançımız qaldırdığı çəkilərin toplam nəticəsinə görə (284 kiloqram) qalib elan olunaraq 67 kiloqram çəki dərəcəsində Avropa rekordunu yeniləyib. Qızıl medalın təqdimetmə mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və “Göyəzən” Ağır Atletika Klubunun rəhbəri Azər Əlizadə də iştirak ediblər.
Qeyd edək ki, avqust ayının 18-dək davam edəcək qitə birinciliyində 192 qız və 201 oğlan qalib olmaq uğrunda mübarizə aparacaq.
Sifai SƏFƏROVA |
|
15.08.2022 | 15:25 | |
|
|
|