155 tələbə Cənubi Koreyada “Yay məktəbi”ndə

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (İDP) çərçivəsində “Yay məktəbi”ndə iştirak edəcək tələbələrin mərhələli şəkildə yola salınması işləri tamamlanıb. Belə ki, nəzarətçi rəhbərlər – BMU-nun mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev, Xarici dillər kafedrasının müdiri Ətrabə Gül və BMU Texnoparkın baş mütəxəssisi Arif Nəcimovun rəhbərliyi ilə 155 nəfər İDP tələbəsi artıq adıçəkilən ölkədədir.

 

Məlumat üçün bildirək ki, İNHA-nın “Yay məktəbi”nin dərsləri 1 həftə müddətində onlayn şəkildə davam etdirilib. 9-12 avqust tarixlərində isə tələbələrin “Yay məktəbi”ndə iştirakı məqsədilə qruplar şəklində Koreyaya yola salınması həyata keçirilib.

 

“Yay məktəbi” avqustun 19-da tamamlanacaq.

 

Qeyd edək ki, BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biri proqram tələbələrinin İNHA-da təşkil edilən “Yay məktəbi”ndə iştiraklarının təmin olunmasıdır.

 



15.08.2022 | 11:30