UFAZ-da seminar | |
Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Milli Araşdırmalar Mərkəzi və Paris-Sorbon Universitetinin tədqiqatçısı, həmçinin Aleksand Koyre Mərkəzinə bağlı araşdırmaçı (CNRS-EHESS) dr. Pyer Munye Kün tərəfindən “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” mövzusunda seminar keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, mətbuat katibi Nəzrin Mirzəyeva, UFAZ, eləcə də digər universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
İnformasiya texnologiyalarının yaranma tarixi və elmin inkişafında önəmindən bəhs edən dr. Pyer Munye Kün bu sahədə qadınların rolundan da danışıb. 60-70-ci illərdə qadınlar üçün kompüter elmində “qızıl dövr” olduğunu vurğulayan doktor Kün bu fəallığın illər ərzində tədricən azaldığını bildirib.
Sonda dr. Pyer Munye Kün tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. |
|
11.09.2018 | 11:41 | |
|
|
|