UTECA Erasmus+ proqramı çərçivəsində keçirilən "Beynəlxalq həftə"də təmsil olunub

Polşanın Belostok şəhərində müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq həftə"də Azərbaycan Texnologiya Universitetini (UTECA) iqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Jalə Həmzəyeva təmsil edib. 

 

Universitetdən bildirilib ki, Belostok Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif mövzuda fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və milli-mənəvi dəyərləri haqda danışılıb. 

 

Təlim müddətində hər bir nümayəndə öz ölkə və universitetinə aid materiallar nümayış etdirərək maraqlı məruzələrlə çıxış ediblər. J.Həmzəyeva “Azərbaycan, Gəncə və Texnologiya Universiteti” başlıqlı mövzu ilə çıxış edib. Ölkəmizin regiondakı rolundan, Gəncənin tarixindən, UTECA-nın nailiyyətlərindən bəhs edib. 

 

Tədbir çərçivəsində Belostok Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyəti ilə görüşlər keçirilib.

 

Sonda iştirakçılar sertifikatlarla təltif olunub.

 

 

 



06.08.2022 | 14:55