Coğrafiyaçı alimlər Çin konfransında | |
Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov Pekin şəhərində onlayn formatda keçirilən "Yaşıl iqtisadiyyat üzrə beynəlxalq elm və texnoloji innovasiyalar” konfransında Azərbaycanı təmsil ediblər.
Asiya Coğrafiya Assosasiyası tərəfindən təşkil edilən konfrans “yaşıl kənd təsərrüfatı”na dəstək və dayanıqlı ətraf mühit problemlərinə həsr edilib. İnstitut təmsilçiləri konfransda "Azərbaycanın bölgələrində narın becərilməsinin aqroekoloji vəziyyəti və nar şirəsinin dayanıqlı istehsalı" mövzusunda çıxış ediblər. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzu ətrafında disskusiyalar aparılıb.
|
|
02.08.2022 | 17:19 | |
|
|
|