Taekvando üzrə dünya birinciliyindən 3 medal

28-31 iyul 2022-ci il tarixlərində Bolqarıstanın Sofiya şəhərində yeniyetmə taekvandoçular arasında dünya birinciliyi keçirilib. 


77 ölkədən 670-dən çox idmançının qatıldığı birincilikdə Azərbaycan yığma komandası 17 nəfər idmançı ilə mübarizə aparıb. Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Bahadur Dostəliyev (49 kq), Yunis Hüseynov (61 kq) və Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Fuad Məhərrəmli (45 kq)  dünya birinciliyində III yeri tutaraq bürünc medal qazanıblar.


Qeyd edək ki, 2-7 avqust 2022-ci il tarixlərində həmin şəhərdə keçiriləcək gənclər arasında dünya birinciliyində ölkəmizi təmsil edəcək komandanın üzvlərindən 5 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.

 

 



01.08.2022 | 15:13