BDU-nun magistraturasına 932 nəfər qəbul olunub | |
2022/23-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistratura pilləsinə qəbul olanların qeydiyyatı başa çatıb.
BDU-dan bildirilib ki, magistratura təhsil səviyyəsinə 932 nəfər qəbul olunub.
Magistraturaya qəbul olanlardan 300 nəfəri kişi, 632 nəfəri qadındır. Onlardan 732 nəfər Azərbaycan bölməsinə, 112 nəfər rus bölməsinə, 88 nəfər isə ingilis bölməsinə qəbul olunub.
|
|
30.07.2022 | 10:29 | |
|
|
|