“STEM Azərbaycanda 2018” Müəllim Konfransı

Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “STEM Azərbaycanda 2018” Müəllim Konfransı Sumqayıt şəhərində təşkil edildi. Məqsəd STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilverənləri 21-ci əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu mövzular birləşdirən müəllim konfransının təşkil edilməsi olmuşdur.

 

Konfransda respublikanın bir çox şəhər və rayonlarının müəllimləri aktiv şəkildə iştirak etdilər. Konfrans çərçivəsində çap olunmuş məqalələr sırasında Gürcüstan və Türkiyədən də distant olaraq iştirak edən iştirakçılar vardır. Konfransı giriş sözü ilə açan layihə rəhbəri, Sumqayıt şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədova konfransın məqsədi, layihənin davamlılığı və s. barədə genş məlumat verdi. Ən yeni təqdimat texnologiyalardan istifadə edlərək müxtəlif mövzularda çıxışlar dinlənildi. “Konfransa qəbul edilmiş məqalələrdən seçilmiş materiallar əsasında çap olunmuş toplu iştirakçılara paylanıldı.

 

 

 



08.09.2018 | 14:46