Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb | |
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər ) və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.
Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.
|
|
07.09.2018 | 16:14 | |
|
|
|