Poltava Milli Texniki Universitetində mərkəz açılıb

Ukraynada səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetində Ukrayna-Azərbaycan Mərkəzinin açılışında iştirak edib.

 

Tədbirdə Beynəlxalq Təhsil Dövlət Mərkəzinin direktoru Y.A.Şapovalova Ukrayna Təhsil Nazirliyini təmsil edib.

 

İki dövlətin himnləri səsləndirilib və rəmzi lent kəsilib. Mərasimdə Y.A.Şapovalova, Poltava Milli Texniki Universitetinin rektoru, professor V.A.Onişşenko, professor Mustafa Babanlı və azərbaycanlı tələbələrin nümayəndəsi çıxış ediblər.

 

Sonra universitetlər arası ikili diplom haqqında müqavilə imzalanıb.

 



08.09.2018 | 12:57