Onlar Big Idea yarışmasının birincilərindən oldular | |
British Council-un 2022-ci ilin genişmiqyaslı “Creative Spark Big Idea Challange-2022 (CSBIC-2022) yarışmasının nəticələri artıq elan olunub. Müsabiqədə Azərbaycan da daxil olmaqla, 7 ölkə iştirak edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator mərkəzinin üzvləri finala yüksələn 9 startapçılar arasında yer alıblar. Zəhra İsmayılova (Unist), Aydan Muradlı (Ay’wings), Rəvan Quluzadə (TapTik) və Aygün Quliyevanın (Conwork) müəllifi olduqları startaplardan 2-si 1-ci yerə layiq görülüb.
AzMİU-nun Magistratura mərkəzinin magistrantı Aygün Quliyeva “Conwork” startup layihəsi ilə “Sosial təsir” kateqoriyası üzrə 1-ci yeri qazanıb.
“Yaradıcı” kateqoriyası üzrə yarışa qatılan digər finalçı - İnşaat fakültəsinin tələbəsi Aydan Muradovanın “Ay’wings” startap layihəsi də həmin kateqoriyada 1-ci yerə layiq görülüb.
Məlumat üçün qeyd edək ki, Creative Spark proqramı 2018-ci ildə yaradılıb. Həmin ildən proqram minlərlə tələbə, məzun və sahibkarlara innovativ biznes ideyaları ilə yenilik gətirməsinə dəstək göstərib. Creative Spark Birləşmiş Krallığın dəstəyi ilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür. |
|
25.07.2022 | 16:28 | |
|
|
|