AzTU ilə Almetyevsk Dövlət Neft İnstitutu əməkdaşlığa başlayır | |
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Aleksandr Dyakonov imzalayıb.
Sənədə əsasən, hər iki ali məktəb birgə elmi-tədqiqat işlərinin aparılması, innovativ texnologiyaların tətbiqi, həmçinin birgə təhsil layihələrində iştirakla bağlı əməkdaşlıq edəcəklər.
|
|
21.07.2022 | 12:27 | |
|
|
|