ADMİU-nun professoru “Rəsmin türkcəsi” sərgisində iştirak edib | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq rəssamı Arif Əziz İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophane-Amire Kültür və Sanat Mərkəzində İstanbul Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Rəsmin türkcəsi” sərgisində iştirak edib.
Beş türkdilli ölkədən (Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan) 16 rəssamın qatıldığı sərgidə 60-dan çox əsər nümayiş etdirilib. Sərginin əsas məqsədi türk mədəniyyətinin ortaq bədii dəyərlərinin və mədəni irsinin rəngkarlıqda əks olunmasıdır. Sərginin kuratoru, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, layihə uzunmüddətlidir və iştirakçı ölkələrdə də keçirilməsi nəzərdə tutulub.
|
|
20.07.2022 | 14:25 | |
|
|
|