Quba və Qusarda sertifikatlaşdırmaya dair görüş | |
İyulun 18-də Quba və Qusar rayonlarında direktor, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Görüşdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev sertifikatlaşdırma ilə bağlı görülən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb, təhsilverənlərə uğurlar arzulayıb
Daha sonra Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışıb, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı təqdimatla çıxış edib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
|
|
18.07.2022 | 18:19 | |
|
|
|