"ASAN xidmət" mərkəzlərində magistraturaya elektron sənəd qəbulu xidməti | |
İyulun 15-dən vətəndaşlar Təhsil Nazirliyinin xidmətləri təklif olunan 5 və 7 saylı "ASAN xidmət" mərkəzlərində ali təhsilin magistratura pilləsi üzrə elektron sənəd qəbulu xidmətindən də yararlana biləcəklər. Vətəndaşlar ali təhsil müəssisəsinə getmədən https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə sənəd qəbulunu həyata keçirə bilərlər. Qeydiyyat zamanı çətinlik yaşayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
|
|
15.07.2022 | 19:23 | |
|
|
|