Erasmus+ proqramı çərçivəsində növbəti təlimlər

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Polşanın Varşava Təbiət Elmləri Universiteti arasında Erasmus+ proqramı çərçivəsində Varşava Təbiət Elmləri Universitetinin Maliyyə kafedrasının dosenti Serhiy Zabolotnyy tərəfindən ADAU-nun aqrar iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistr tələbələr üçün onlayn seminarlar təşkil edilib.

 

Seminarlar ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Hüseynovun elmi rəhbərliyi ilə keçirilib.

Seminarlar zamanı Maliyyə və iqtisadi nəzəriyyə kafedrası ilə Varşavanın Təbiət Elmləri Universitetinin eyni kafedrası arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri də müzakirə olunub.

 

Qeyd edək ki, ADAU ilə Varşava Təbiət Elmləri Universitetinin Erasmus+ proqramı çərçivəsində əməkdaşlığı 2015-ci ildən qurulub və hər il iki universitet arasında qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılır.

 

 



13.07.2022 | 10:31