Seysmoloji Mərkəz Türkiyənin Ondoqquz May Universiteti ilə əməkdaşlıq edəcək

Türkiyənin Ondoqquz May Universitetinin İnşaat bölməsinin rəhbəri, professor Azər Qasımzadə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. 

 

Mərkəzin baş direktoru,  AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə Bakı şəhərində binaların seysmik təhlükəsizliyinin qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

 

Görüşdə seysmik təhlükəsizliyin qiymətləndirilməsi ilə bağlı birgə Monitorinq Mərkəzinin yaradılmasına dair təklif də irəli sürülüb.

 

Həmçinin, tərəflər birgə əməkdaşlığın digər istiqamətləri və perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

 

 



05.07.2022 | 13:22