İctimai Şura üzvləri imtahanların gedişini izləyib | |
Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının son həftəsində də tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən İctimai Şuranın üzvləri imtahan prosesini izləyiblər.
Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəaliyyəti ilə bağlı suallar cavablandırılıb, Operativ Qərargahın işi barədə ətraflı məlumat verilib.
LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanışlıq şura üzvlərində xoş təəssürat yaradıb. İctimai Şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov universitetdə gördüklərindən razı qaldığını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirib, ali məktəb rəhbərliyinə minnətdarlıq edib.
|
|
04.07.2022 | 14:23 | |
|
|
|