“İngilis dilinin tədrisində mükəmməllik” təlimi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Şimali Karolina Dövlət Universitetinin (ŞKDU) nümayəndələri tərəfindən orta məktəblərdə ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş “İngilis dilinin tədrisində mükəmməllik” təlimi keçirilib.                                            

Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan ADPU-nun birgə təşkil etdiyi konfransın məqsədi tələbələrin yüksək nəticələr əldə etməsinə kömək göstərmək üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.

 

Təlimdə ŞKDU-nun üç əməkdaşı tərəfindən "İngilis dilinin tədrisində mükəmməllik" mövzusunda seminar keçirilib və 45 dəqiqəlik mühazirələr aparılıb. ŞKDU-nun Xarici dillər və ədəbiyyat fakültəsinin ingilis dili ikinci dil kimi kafedrasının müdiri Jillian Heseler  “Birbaşa qarşılıqlı əlaqə və əməkdaşlıq vasitəsilə aktiv öyrənmə”, universitetin Proqram direktorunun köməkçisi Olqa Uzun “Nəzəriyyə və praktikada tənqidi düşüncə”, TESOL sertifikatı təlimçisi və Qlobal Təlim İnstitutunun akademik direktoru Paula Wilder “Bacarıqların inkişafını təşviq etmək üçün effektiv dil qiymətləndirilməsi” mövzusunda tədqimatla çıxış ediblər.                      

 

Tədbirdə ŞKDU-nun Qlobal Təlim Təşəbbüsü Proqramının mütəxəssisi  Amanda Baker, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil İşləri üzrə müşaviri Riçard Pinkham və səfirliyin təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova, eləcə də ingilis dilini tədris edən orta məktəb, ADPU və digər ali təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

 



03.07.2022 | 10:33