Avropa çempionatından 3 qızıl medal | |
Xorvatiyanın Poreç şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib.
Yeniyetmələrdən ibarət milli yığma komandanın tərkibində çıxış edən Təhsil Nazirliyinin 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Nizami İmranov (60 kq), Fidan Əlizadə (57 kq), 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Şahin Oruczadə (55 kq) I yeri, həmin liseyin idmançıları Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq), Əli Hacızadə (73 kq) III yeri tutub.
40 ölkə, 428 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanaraq medal sayına görə birinci yerə, komanda hesabında isə üçüncü yerə çıxıb.
Qeyd edək ki, Azərbaycan yığma komandası Avropa çempionatında 14 nəfər idmançı ilə təmsil olunub.
|
|
29.06.2022 | 17:31 | |
|
|
|