Beynəlxalq turnirdən yüksək nəticə

Rumıniyanın Georgeni şəhərində boks idman növü üzrə yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir keçirilib.12 ölkədən 212 idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycan milli yığma komandası 8 nəfər idmançı ilə təmsil olunub. 


Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Məhəmmədəli Aşurəliyev (54 kq) I yeri, qızların mübarizəsində həmin məktəbin idmançıları Mikayılova Aynur (52 kq), Nərmin Əlizadə (50 kq) və Tərtər rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aysu İsmayılova II yeri tutub.


Qeyd edək ki, beynəlxalq turnirdə əldə edilən xallara görə komanda hesabında oğlanlardan ibarət Azərbaycan millisi ikinci, qızlar  üçüncü yeri tutub.

 
 

 



29.06.2022 | 10:42