“Girls Talk” layihəsinin növbəti görüşü baş tutub | |
Təhsil Nazirliyi və Azərbaycan-Britaniya Məzunları Birliyinin ( AUKAA) birgə əməkdaşlığı nəticəsində "2007-2015 Dövlət Proqramı" məzunun təlim töhfəsinə uyğun olaraq keçirilən “Girls Talk” layihəsinin növbəti görüşü baş tutub. Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “University of Essex” ali təhsil müəssisəsində “Bioloji elmlər-Molekulyar tibb” ixtisası üzrə magistratura təhsili almış və hazırda Azərbaycan Qida təhlükəsizliyi İnstitutu, Elmi Araşdırmalar departmentinin müdiri olaraq fəalliyyət göstərən Nərmin Axundova iştirak edib. Vebinarda ölkənin müxtəlif regionlarından 100-ə yaxın qız şagird iştirak edib.
|
|
28.06.2022 | 12:15 | |
|
|
|