Regionlarda ictimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim keçirilib | |
İyunun 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.
Təlimi giriş nitqi ilə açan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması işinin düzgün təşkili məsələsinə toxunub, mövcud işdəki problemləri diqqətə çatdırıb.
Daha sonra təlimçilər tərəfindən sosial şəbəkədə kontent idarəetmə, “Fake news”la mübarizə və böhran vəziyyətlərində sosial medianın əhəmiyyəti, sosial şəbəkələrdə ünsiyyətin düzgün qurulması, izləyici auditoriyanın idarəedilməsi və digər oxşar məzmunlu mövzularda təqdimatlar edilib, tövsiyələr verilib.
Təlimdə iştirak edən İctimaiyyətlə əlaqələr sektorunun digər əməkdaşları da mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.
|
|
24.06.2022 | 17:07 | |
|
|
|