Müəllimlər üçün icbari attestasiya | |
Rusiyanın təhsil sistemində yaxın illər ərzində köklü dəyişikliklər baş verəcək. Bu barədə ölkənin maarif naziri Olqa Vasilyeva yeni dərs ilinin başlanması münasibəti ilə mətbuata verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, müəllimlərin yeni attestasiya modeli sınaqdan keçirilir və 2020-ci ildən məktəblərdə işləyən bütün müəllimlər üçün icbari olacaq.
"Hazırda ölkənin 19 pilot regionunda müəllim inkişafının mühüm elementi kimi pedaqoqların attestasiyasının yeni modelinin aprobasiyası keçirilir. Məqsəd aydındır, ölkə başçısının may sərəncamında bu məsələ aydın şəkildə öz əksini tapıb: Rusiya təhsilinin qlobal rəqabətə davamlılığını təmin etmək, təhsilin keyfiyyətinə görə Rusiyanın dünyanın 10 ən yaxşı ölkəsi sırasına daxil olmasına nail olmaq",-deyə maarif naziri bildirib.
Ölkədə aparılmış ictimai rəy sorğularının nəticələrinə əsasən, respondentlərin 70,3 faizi attestasiyanın müəllim fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Oruc MUSTAFAYEV |
|
04.09.2018 | 16:43 | |
|
|
|