UNEC-in İnformasiya təhlükəsizliyi ixtisasına ingilis dilində qəbul aparılacaq | |
Bu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasına azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də qəbul aparılacaq.
Tələbələr UNEC-in yeni tədris binasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.
Qeyd edək ki, UNEC-in rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.
|
|
22.06.2022 | 10:27 | |
|
|
|