İdman-şahmat məktəblərinin idmançıları Avropa çempionu olub

Rumıniyanın paytaxtı Buxarest şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında Avropa çempionatı keçirilib.    

Sərbəst güləş üzrə Azərbaycan komandasının  tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının 4 üzvü, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Camal Abbasov (55 kq) və 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Elman Ağayev (51 kq)  I yeri tutaraq qızıl medal qazanıblar.

 

Çempionatda Azərbaycan milli yiğma komandası 10 nəfər idmançı ilə təmsil olunub. 


Qeyd edək ki, bir neçə gün əvvəl başa çatmış Yunan-Roma güləşi üzrə Avropa çempionatında da “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri 1 qızıl, 2 gümüş 1 bürünc medal qazanıblar. 

 

 



21.06.2022 | 11:49