"Creative Spark" layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Böyük Britaniyanın Qrinviç Universiteti ilə birgə qalib gəldiyi "Creative Spark" layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim keçirilib.

 

Qrinviç Universitetinin (University of Greenwich) professoru Jithendran Kokkranikal iştirakçılara biznes ideyalarının reallaşdırılması, təqdimat bacarıqlarının artırılması, müştəri seqmentasiyasının təhlil edilməsi, bazar marketinqi araşdırmalarının aparılması, biznes “canvas” modelinin tətbiqi və s. istiqamətində təlim keçib.

 

Sonra UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova və layihə meneceri Rauf Məmmədov "Creative Spark" layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihə 7 ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün 5 illik proqramdır.

 

Təlimin sonunda iştirakçılar qruplar şəklində öz biznes ideyalarının üzərində işləyərək təqdimat ediblər.

 



21.06.2022 | 12:27