Kiçik Akademiyanın üzvləri Coğrafiya İnstitutunda olublar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Bakı şəhəri Nizami rayonunun 210 nömrəli məktəbində fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri Coğrafiya İnstitutunda olublar.

 

Məktəblilər əvvəlcə AMEA-nın 2-ci mərtəbəsində institutun fəaliyyətini əks etdirən sərgiyə baxıblar. GAMŞ-ın sədri Bəyimxanım Hüseynova şagirdlərə gənc alimlərin fəaliyyəti, apardıqları elmi tədqiqat işləri, müxtəlif layihələrdəki iştirakı haqqında məlumat verib. Sonra onlar institutun kitabxanasında yeni çap olunmuş coğrafiyaya aid kitablar, atlas və  xəritələrlə tanış olublar. Xəritəçilik və coğrafi informasiya şöbəsində gənc coğrafiyaçılar  GİS mütəxəssisi Elvin Soltanovun  şöbənin fəaliyyəti haqqındakı məlumatını dinləyib, onun nümayiş etdirdiyi  müasir texnologiyalar vasitəsilə müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izləyiblər.

 

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent  Zakir Eminov da şagirdlərlə görüşüb, onlara institutda görülən işlər, coğrafiya elmindəki yeniliklər və nailiyyətlər haqqında ətraflı məlumat verib,  onları  maraqlandıran sualları cavablandırıb.

 

Daha sonra institutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Etibar Bədəlov şagirdlərə əhali coğrafiyası ilə bağlı məsələlər haqqında danışıb.

 

Kiçik akademiyanın üzvləri öz növbəsində məktəbdə gördükləri işlərdən, akademiyanın fəaliyyətindən bəhs ediblər.

 

 



20.06.2022 | 17:07