Tələbələrin buraxılış işlərinin müdafiəsi başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin müdafiəsi başlayıb.

         

Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədovadan aldığımız məlumata görə, iyunun 16-dan başlayan buraxılış işlərinin müdafiəsi iyulun 4-nə qədər davam edəcək, ondan sonra magistr dissertasiyalarının müdafiəsi keçiriləcək. Müdafiə günləri qruplar üçün  təyin edilmiş qrafik üzrə yerinə yetirilir.  IV kursda təhsil alan 302 tələbədən 270 nəfəri müdafiəyə buraxılıb. Onlardan 207-si memarlıq, 93 nəfəri isə dizayn ixtisasında təhsil alanlardır.


         

Memarlıq fakültəsində bakalavr tələbələrin buraxılış işlərinin müdafiəsinə tərkibi 7 nəfərdən ibarət Dövlət Attestasiya Komissiyası nəzarət edir. Komissiyanın sədri Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayev, üzvləri memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyev və başqalarıdır. Buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələr komissiya üzvlərini məlumatlandırır, 7-8 dəqiqəlik çıxışlarının sonunda müəllimlərin suallarını cavablandırır, opponentlər tərəfindən müsbət rəy alırlar. 

 



17.06.2022 | 18:24