ERASMUS+ KA2 proqramı çərçivəsində məlumatlandırma tədbiri keçirilib | |
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və Lənkəran Dövlət Universitetinin də (LDU) tərəfdaş olduğu ERASMUS+KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma tədbiri keçirilib.
LDU-nun rektoru, professor Natiq İbrahimov ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsində ECAR layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illərdə təhsilin modernləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində LDU-da mühüm işlər görülüb, nəzərəçarpacaq uğurlar qazanılıb.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR layihəsi çərçivəsində görülən işlərdən, xarici universitetlərlə tərəfdaşlığın əhəmiyyətindən, qarşılıqlı səfərlərdə əldə edilən təcrübənin tədbiqindən ətraflı bəhs edib.
Layihənin koordinatoru Gülşən Bayramova layihənin əhəmiyyəti, məqsədi, yerli və Avropa partnyorları və yaradılacaq Rektorlar Konfransının Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi töhfələr barədə iştirakçılara məlumat verib. ERASMUS+KA2 layihəsinin Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində mühüm nailiyyətlərə yol açdığını deyən koordinator iştirakçıları layihənin işində fəal iştirak etməyə, təşəbbüskar olmağa çağırıb.
Sonda suallar cavablandırılıb.
|
|
17.06.2022 | 17:54 | |
|
|
|