Uşaq-gənclər idman şahmat məktəbinin idmançılarından yüksək nəticə

13-15 iyun 2022-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Yunan-Roma güləşi üzrə yeniyetmələr (U-17) arasında Avropa çempionatı keçirilib.


Çempionatda Azərbaycan milli yığma komandası 10 nəfər idmançı ilə təmsil olunub.


 Yunan-Roma güləşi üzrə yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Məhəmməd Qasımzadə (60 kq) I yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Elvin İbadov (48 kq), Beyləqan rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vəfat Qasımlı (51 kq) II yeri, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Hüseyn Savadov (45 kq) III yeri tutub.


Qeyd edək ki, Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası 2 qızıl, 5 gümüş, 1 bürünc olmaqla 8 medal qazanaraq 175 xalla komanda hesabında I yerə çıxıb.


Qalib idmançıları təbrik edir, yeni uğurlar diləyirik.

 

 



16.06.2022 | 13:53