Ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri

İyunun 14-də Bakı şəhəri İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Qurbanov, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev son illərdə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, başa vurduğumuz 2021-2022-ci tədris ilinin yadda qalan məqamlarını diqqətə çatdırıb.

 

Nazir müavini çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

***

 

Bakı şəhəri 83 nömrəli məktəb-liseydə də "Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov tədrisin təşkilindən, təhsilə olan dövlət qayğısından və həyata keçirilən tədbirlərdən danışıb.  

 

2021-2022-ci tədris ilinin yadda qalan məqamlarını diqqətə çatdıran Muxtar Məmmədov çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək rayon üzrə təhsilin inkişafına dair ümumi məlumat verib, həmçinin məzunları təbrik edib.

 

Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

 

***

 

Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

 

Əvvəlcə qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

“Son zəng” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Elnurə Cavadzadə rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlarından söz açıb.

 

Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli əvvəlcə məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar arzulayıb. Həsən Həsənli son illər gənclərin təhsil sahəsində yüksək nailiyyətlər əldə etdiyini qeyd edib. Aparat rəhbəri məzunların layiqli mütəxəssis kimi yetişəcəyinə, onların işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxışında məzunlara müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, təhsil sahəsində əldə edilən uğurlar dövlət başçısının təhsilə göstərdiyi qayğının və təhsil işçilərinə göstərilən etimadın nəticəsidir.

 

Tədbir şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

***

 

Şamaxı rayon 2 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, müəllim və şagirdlər iştirak edib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Məktəbin direktoru İsgəndər Həsənov qonaqları salamlayaraq rəhbərlik etdiyi təhsil ocağının 2021-2022- ci tədris ilindəki uğurları barədə məlumat verib.

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov qalib ölkənin məzunlarını təbrik edib. Fərzəli Qədirov gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi işinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

"Son zəng" tədbirində iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz növbəsində rayonun təhsil uğurlarını diqqətə çatdırıb.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir əvəzi Rövşən Əliyev məzunlara ölkəmizin inkişafı naminə uğurlar arzulayıb.

 

Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda hazırladığı kompozisiya ilə davam etdirilib.

 

***

 

İyunun 14-də Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəbin direktoru Tərlanə Nağıyeva qonaqları salamlayaraq bütün məzunları təbrik edib.

 

Çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova son illərdə təhsil sahəsinin inkişafı yönündə atılan addımları vurğulayıb və qazanılan uğurları diqqətə çatdırıb.

 

Nərminə Hüseynova çıxışının sonunda məzunlara uğurlar arzulayıb.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev də öz növbəsində məzunları təbrik edib.

 

Tədbirdə məzunlar milli rəqslər ifa edib, vətənpərvərlik mövzusunda mahnılar səsləndiriblər.

 

Tədbir şagirdlər tərəfindən nümayiş edilən maraqlı kompozisiyalarla davam etdirilib.

 

Sonda cari tədris ili ərzində fərqlənən şagirdlər “Fəxri Fərman”la təltif olunub.

 

***

 

Salyan şəhər 8 nömrəli tam orta məktəbdə keçirilən “Son Zəng” tədbirində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, müəllimlər və məzunlar iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi yad edilib.

 

 Tədbir iştirakçıları çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Tədbirdə ali təhsil müəssisələrinə qəbul prosesində Salyan rayonunun həmişə yaxşı nəticələr göstərdiyi vurğulanıb.

 

 Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

***

 

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov, müəllimlər və məzunlar iştirak edib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Məktəbin direktoru Nizami Əhmədov qonaqları salamlayaraq məktəbin nailiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Çıxış edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev məzunları təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışan Elnur Əliyev bildirib ki, bu gün ölkəmizdə təhsilin inkişafına da xüsusi önəm verilir.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra məzunların və şagirdlərin hazırladıqları bədii kompozisiyalar nümayiş olunub.

 

 



14.06.2022 | 20:03