BDU-da 242 qrup üzrə 5344 tələbə imtahan verib

Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

 

BDU-dan bildirilib ki, iyunun 13-də bakalavriatura səviyyəsində 242 qrup üzrə 5344 tələbə, magistratura səviyyəsində 87 ixtisaslaşmada 252 nəfər imtahan verib.

 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

 



13.06.2022 | 18:33