Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə II  kurs tələbələri nəzəri biliklərini möhkəmləndirmək üçün “Abşeron-Şərab” ASC-nin Mehdiabad üzüm emalı müəssisəsində bir günlük istehsalat təcrübəsi keçiblər.

 

Təcrübə zamanı  tələbələr  müəssisədə Amerika və Avropanın ən qabaqcıl şirkətləri tərəfindən istehsal edilmiş cihaz və avadanlıqların işləmə mexanizmləri ilə tanış olub, sərbəst şəkildə nümunə və sınaqların götürülməsini həyata keçiriblər.

 

Şirkətin texnoloqları tələbələrin gördükləri işlərin təqdimat və müzakirəsində dinləyici kimi iştirak ediblər. Tələbələr, həmçinin avadanlıqların yüklənməsi və emal müəssisələrinə daşınması prosesi ilə də tanış olublar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması ilə bağlı təlimatlandırıblar.

 



06.06.2022 | 15:47