“Bir pəncərə” proqramının təqdimatı olub | |
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Bir pəncərə” - tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqramı çərçivəsində görüş keçirilib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev “Bir pəncərə” proqramının əhəmiyyətindən danışıb, tələbələrin təklif və iradlarının operativ cavablandırılması baxımından faydalı olduğunu qeyd edib.
“Bir pəncərə” proqramının rəhbəri Fidan Həsənova proqramın missiyası, hədəfləri və fəaliyyət istiqamətləri haqqında danışıb. Qeyd edib ki, layihə tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etmək xarakteri daşıyır. Məqsəd, eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.
Daha sonra prorektor O.Naqdiyev, ATGTİ-nin sədri Pərviz Mirələmli və AzMİU TGT-nin sədri Tacir İsmayılzadənin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələr onları maraqlandıran suallara cavab tapıb, TGT-nin fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata keçirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər.
|
|
27.05.2022 | 17:09 | |
|
|
|