“TEKNOFEST Azərbaycan” başlayıb | |
Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
29 may tarixinədək davam edəcək olan festival "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində təşkil olunub.
Tədbirin sərgi hissəsində tərəfdaş qurumların STEAM məzmunlu innovativ məhsul və həllərinin, müxtəlif layihələr çərçivəsində hazırladıqları prototiplərin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
|
|
26.05.2022 | 11:50 | |
|
|
|