Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi İtaliyada

USAID/Azerbaijan Özəl Sektorun İnkişafı Layihəsi "Ferrero" şirkəti ilə birgə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsinin, Azərbaycanın fındıq sənayesindən olan emalçılar, ixracatçılar və aqronomların İtaliyaya səfərini təşkil edib.


ADAU-dan bildirilib ki, bu səfər Azərbaycan ixracatçılarına dünyanın ən böyük fındıq alıcısından qida keyfiyyəti tələbləri, eləcə də Azərbaycanda fındıq istehsalına əlavə dəyər yaratmaq fürsətləri haqqında məlumat toplamağa kömək edəcək. Son illərdə, PSA layihəsi peşəkar emalçılara xammalı ixrac etməklə yanaşı, əlavə dəyər verən xətlərin quraşdırılmasına və qablaşdırılmış qida məhsulları istehsalına başlamağı tövsiyə edir.



Azərbaycan nümayəndə heyəti İtaliyanın şimal-qərbində "Ferrero" şirkətinin əsas zavodunun yerləşdiyi Albaya səfər ediblər. Onlar Viterbo əyalətindəki Kaprarolaya baş çəkərək müasir istehsalat fəaliyyətləri, həmçinin qənnadı fabriki və aparıcı sənaye birlikləri ilə tanış olacaqlar. Səfər zamanı iştirakçılar, alıcılar bu şirkətlərin keyfiyyətə nəzarət departamentlərinin nümayəndələri və ictimai birliklərlə görüşlər keçirəcək.

 

 



26.05.2022 | 10:25