“Əsas həyat bacarıqları” təlim proqramı öz işini davam etdirir | |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə respublikanın 15 şəhər və rayonunda başlayan və gənclərdə özünütanıma, şəxslərarası bacarıqlar və düşünmə bacarıqlarının formalaşdırılmasını hədəfləyən “Əsas həyat bacarıqları” təlim proqramı öz işini davam etdirir.
Proqram çərçivəsində gənclər üçün “Diqqətlilik”, “Bir dəfəyə bir iş görmək”, “Stresin idarə olunması”, “Stresi yaradan səbəblər və onun aradan qaldırılması”, "İnamlı ünsiyyət", "Qərar qəbuletmə", "Məqsədi müəyyənləşdirmə", "Şəxslərarası effektivlik", "Mübahisələri həlletmə", "Münasibətlərin idarə edilməsi" kimi mövzularda təlimlər keçirilir. Əsas məqsəd region gənclərinin şəxsi və peşəkar həyatlarında qarşılaşdıqları problemlərin aradan qaldırılması, onlarda sosial və emosional bacarıqların inkişaf etdirilməsidir. Proqram UNICEF-in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə reallaşır.
Layihəyə müsahibə əsasında seçilən 17-22 yaşarası 15 gənc cəlb olunub.
Sifai SƏFƏROVA |
|
25.05.2022 | 14:20 | |
|
|
|