Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi İsveçdə olub

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarına İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edib. Seminar Azərbaycanda rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilib.

 

Tədbirə təhsil nazirinin müşaviri Nicat Məmmədli, ölkəmizin 15 ali təhsil müəssisəsinin rəhbər şəxsləri qatılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetini elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov, strateji inkişaf üzrə rektorun müşaviri Ümid Mehdiyev təmsil edib.

 

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələri, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorları iştirak ediblər.       

 

Tədbirin açılış hissəsində ECAR layihəsinin qısa hesabatı dinlənilib.

 

Sonra Stokholm Universitetinin rektoru, İsveç Ali Təhsil Müəssisələri Assosiasiyasının sədri Astrid Söderberk Vidinqin “İsveç Ali Təhsil Müəssisələrinin Assosiasiyası”, Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzularında təqdimatı keçirilib.                                                      

 



24.05.2022 | 16:11