“BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub.

 

Universitetin futbol meydançasında keçirilən konsert proqramında “BDU könüllüləri” qrupunun üzvləri - Rəvan İmaməliyev, Aygün Məmmədova, Əli Heydərov, Məhluqə Məsimova, Leyla Allahverdiyeva, Selcan İbrahimova, Səbinə İbrahimxəlilova, Əziz Əzizov, İslam Məmmədov, Səbinə Həşimli, Milana İdrisova, Hüseyn Mustafayev, Günel Hətəmova, Lumu İsfəndiyarzadə, Aidə Qurbanova, Aynurə Abbaszadə və Əli Heydərov müxtəlif musiqilər ifa ediblər. Həmçinin konsertin qonağı, gənc ifaçı Babək Rzayev də bir neçə musiqi səsləndirərək, tələbələrə xoş anlar yaşadıb. 

 

Tədbir BDU tələbələrinin “Yallı” rəqsi ilə başa çatıb.

 

Qeyd edək ki, “BDU könüllüləri” qrupu  2019-cu ildə yaranıb. Təşkilat ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatının universitetdə təşviq olunması istiqamətində müxtəlif tədbir və layihələr həyata keçirir. Ətrafında 700 nəfərdən çox tələbəni birləşdirən təşkilat universitetin sosial-ictimai həyatında fəal rol oynayır.

 

 



23.05.2022 | 17:46