Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib | |
Mayın 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təhsil ekspertləri, blogerlər və media nümayəndələri ilə məlumatverici görüş keçirilib.
Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov sözügedən proseslə bağlı qanunvericiliyə edilən dəyişikliklər, sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə müsbət təsirini qeyd edib.
Görüşdə iştirak edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırma prosesi ilə bağlı beynəlxalq təcrübənin araşdırıldığını diqqətə çatdırıb, test imtahanı və müsahibə mərhələsinin məzmunu ilə bağlı məsələlər barədə danışıb.
Sonda görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, təhsil ekspertlərinin, bloger və media nümayəndələrinin sertifikatlaşma prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb. |
|
19.05.2022 | 18:34 | |
|
|
|