Müsahibələr davam edir

Tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul üçün müsahibələr davam edir.

 

Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

 

Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

 

Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 5 mərkəzdə 20 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada ifadə edə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) qiymətləndirilir.

 

Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və müvafiq struktur bölmə rəhbərləri müsahibə komissiyalarının işini müşahidə edir və prosesin gedişatını izləyirlər.

 

Qeyd edək ki, müsahibəyə yazılma mərhələsinin 30 may 2022-ci il saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr 31 may 2022-ci il tarixinədək davam edəcək.

 

 



18.05.2022 | 15:23