Amerikalı professor NDU-nun müəllim və tələbələrinə vebinar keçib | |
ABŞ-nın Azusa Pasifik Universitetinin professoru Nancy Ackles Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri üçün vebinar keçib.
Xarici dillər fakültəsində keçirilən tədbirdə əvvəlcə İngilis dili və tərcümə kafedrasının baş müəllimi, tədbirin təşkilatçısı Aidə Cəlilzadə universitetdə ingilis dilinin tədrisi, kadr hazırlığı istiqamətində görülən işlər haqda ətraflı məlumat verib.
Sonra ABŞ-ın Azusa Pasifik Universitetinin qlobal tədqiqatlar, sosiologiya və TESOL departamentinin professoru Nancy Acklesin “ İngilis dili müəllimləri təhsildə müsbət dəyişikliklərdə lider kimi” mövzusunda çıxışı dinlənilib.
Dünyanın bir çox ölkələrinin ənənəvi tədris metoduna malik olması haqqında danışan professor ənənəvi və müasir təlim metodlarını müqayisə edib. Nancy Ackles ənənəviliklə müasirliyin vəhdətinin tədris prosesindəki əhəmiyyətinə də toxunub. O, təlimin gedişatında ingilis dilinin tədrisində tətbiq olunan müasir təlim metodlarından, yeni strategiyalardan bəhs edib, auditoriyaya fikir və tövsiyələrini çatdırıb. Qeyd edilib ki, ortaq dil müəllim və tədqiqatçıların birgə layihə və təlimlər keçirməsini, mövcud elmi-praktiki materiallardan istifadəsini asanlaşdırır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
|
|
17.05.2022 | 17:52 | |
|
|
|