Riyaziyyat, fizika, biologiya və informatika üzrə fənn olimpiadalarının qalibləri | |
Riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb.
İnformatika fənnindən aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə finalçıların 50 faizi 5 qızıl medalçı, 8 gümüş medalçı , 13 bürünc medalçı olmaqla qalib elan edilib.
Yekun nəticələrlə olimpiada.edu.az saytından tanış ola bilərsiniz.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir. |
|
17.05.2022 | 11:46 | |
|
|
|