İntellekt marafonunun qalibləri bəlli olub | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "ADPU Könüllüləri" Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən "ADPU-100" İntellekt marafonunun sonuncu hissəsi- VIII turu keçirilib.
Ümumilikdə 50 komandanın mübarizə apardığı yarışın nəticələrinə görə 60 balla “Kripton” komandası birincilik qazanıb. “Topçubaşov” komandası 38 balla ikinci, “Zirvə” komandası isə 29 balla üçüncü yeri tutub.
Yarışdan sonra qalib komandalara mükafatlar təqdim olunub.
|
|
16.05.2022 | 12:05 | |
|
|
|